Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir
Videonu Aç
06.05.2022

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən xəbərə görə, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.

Bildirilib ki, taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.