Xırdalanda qadın avtobusdan yıxıldı, beyninə qan sızdı
06.09.2021

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü İsayeva Vüsalə Zöhrab qızı avtobusdan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.

Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hasidəylə bağlı məlumatı təsdiqləyib.