XİN Laçının azad olunmasının ildönümü ilə əlaqədar paylaşım edib
01.12.2021

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötməsi ilə bağlı tviterdə paylaşım edib.

Visiontv.az xəbər verir ki, paylaşımda qeyd edilir:

“1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Düşmən Laçını 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçərək işğal etmişdi.