Xərçəngdən əziyyət çəkən Nisə Qasımovadan XƏBƏR VAR
13.09.2021

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır.

Visiontv.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:

“Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik”.

Xatırladaq ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Sənətçi ötən ilin sentyabrında əməliyyat olunub.