Qərblə danışıqlar təhdidləri dəf etmək üçün ağıllı və nəzarətli bir çərçivə daxilində qəbul ediləndir.
Bunu İran rəhbəri Əli Xaməneinin ofisinin üzvü Mehdi Fəzaeli deyib.
O, İran liderinin danışıqlar prinsipini rədd etmədiyini vurğulayaraq, müzakirələri qəbul etmək və ya rədd etmək meyarının "onun məqsədi və çərçivəsi" olduğunu bildirib.
Fəzaeli, İbrahim Rəisi administrasiyası dövründə Amerika ilə dolayı danışıqların aparıldığını bildirib:
"Bu danışıqların Amerika və İsraildən artan hərbi təhdidləri kontekstində və böhranı idarə etmək, İrana qarşı psixoloji və təbliğat atmosferinin güclənməsinin qarşısını alma” məqsədi ilə aparılıb".
Xaməneinin danışıqlar prinsipini rədd etmədiyini vurğulayan Fəzaeli, bununla bağlı qərarın ölkənin maraqlarından, məqsədlərindən və təhlükəsizliyini nə dərəcədə təmin etdiyindən asılı olduğunu bildirib.
visiontv.az