Xamenei Azərbaycan və Türkiyə cümhuriyyətlərini və onların dövlət başçılarını üstüörtülü şəkildə təhqir edib
19.02.2025

İranda türk kimliyi siyasətinin yayılmasından qorxduğunun göstəricisi olan bu açıqlamalarda Əli Xamenei Türkiyə və Azərbaycan hakimiyyətini birbaşa Ərdoğan və İlham Əliyevin adını çəkmədən, ulamaqda ittiham edib.

"İndiki Təbrizli gənclər bölgənin vəziyyətini görür, dostu-düşməni ayırır. O, heç bir qorxu, passivlik hiss etmir, bir tərəfdən kiminsə qışqırığına, digər tərəfdən kiminsə ulamasına qarşı özünü güclü hiss edir." - deyə Əli Xamenei bildirib.

Qeyd edək ki, Əli Xamenei diktaturasının böyük kəşfiyyat, təhlükəsizlik və təbliğat aparatının Güney Azərbaycan türkləri arasında artan milli oyanış dalğasına qarşı terroru və acizliyini göstərən bu təhqiramiz ifadələr İranın artıq Azərbaycan xalqı arasında kimlik diskursunu idarə etmək iqtidarında olmadığını göstərir.

visiontv.az