Xalq artisti Tofiq Quliyevin abidəsinin ucaldılması işləri başlayıb
18.08.2022

Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin heykəlinin ucaldılması prosesi başlayıb.

Visiontv.az xəbər verir ki, abidə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılacaq. Artıq ərazi hasara alınıb, müvafiq təmizləmə və tikinti işləri başladılıb. Yaxın günlərdə postament və heykəlinin quraşdırılacağı gözlənilir.

Heykəlin müəllifi heykəltəraş Tural Rzaquliyevdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən, Tofiq Quliyevin abidəsi ucaldılması Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə tapşırılıb

Tofiq Quliyevin heykəlinin yeri

APA