"WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil - RƏSMİ
19.06.2021

Bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaranıb.

Visiontv.az-ın məlumatına görə, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) bildirib.

Nazirliyini yaydığı məlumata görə, problem lokal deyil və qlobal xarakter daşıyıb.

"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə NRYTN qeyd edib.