Vəzifəli şəxs işdən azad edilib
06.05.2021

Salyanda vəzifəli şəxs işdən çıxarılıb. Visiontv.az xəbər verir ki, Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu tutduğu vəzifədən azad olunub. 

Xatırladaq ki, R.Məhərrəmov daha əvvəl həmin Mərkəzdə mühasib işləyib. O, 2018-ci ildən Mərkəzin rəisi vəzifəsində çalışırdı.