Verilən vədlər vacibdir amma əsas olan həyata keçirməkdir – Ərdoğan
Verilən vədlər vacibdir amma əsas olan həyata keçirməkdir – Ərdoğan
01.07.2022 MEDİA Tərəfindən

“Verilən vədlər vacibdir, amma əsas olan həyata keçirməkdir. Terrorla mübarizədə dəfələrlə kürəyindən bıçaqlanan bir ölkə olaraq biz ehtiyatlı davranırıq.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısından sonra jurnalistlərlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Madridə səfərini başa vurduğunu bildirən Ərdoğan, Ukrayna müharibəsini nəzərə alaraq NATO-nun, tarixindəki ən mühüm sammitlərindən birini uğurla başa vurduğunu qeyd edib. 

“Finlandiya və İsveçlə imzaladığımız üçtərəfli memorandumda terrorizm və həmrəylik məsələləri bütün müttəfiqlər üçün bələdçi olacaq. Bundan sonra PKK və FETÖ-çülərin terror təbliğatı aparmaq, ölkəmizə və vətəndaşlarımıza hücum etmək, insanları təhdid etmək, ortalığı yandırıb-yaxmaq daha çətin olacaq” deyə Ərdoğan vurğulayıb.

İlahə Əliyeva