Ursula fon der Leyen müharibədə 100 min ukraynalı hərbiçinin öldüyü barədə fikrini silib
Ursula fon der Leyen müharibədə 100 min ukraynalı hərbiçinin öldüyü barədə fikrini silib
30.11.2022 MEDİA Tərəfindən

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin müraciətindən Ukraynanın Rusiyaya qarşı müharibədə 100 min hərbçi və 20 min mülki şəxs itirdiyi iddia edilən fraqment çıxarılıb.

Bu barədə fon der Leyenin  rəsmi Tvitter kanalı xəbər verir.

Avropa Komissiyasının sədri öz müraciətində adı çəkilməyən mənbələrə istinadən bildirib ki, guya Ukraynada “20 mindən çox mülki şəxs və 100 mindən çox əsgər həlak olub”.

Eyni zamanda, onun bəyanatı daha sonra Ukraynanın həm mülki şəxslər, həm də hərbçilər arasında itkiləri barədə məlumat olmadan dərc edildi. Lakin Avropa Komissiyası bu addımla bağlı heç bir izahat verməyib.

Əlavə edirik ki, Ukrayna prezidentinin spikeri mətbuata verdiyi şərhdə qeyd edib ki, itkilər barədə məlumat "həssasdır", ona görə də bunu yalnız Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, müdafiə naziri və ya prezidentin özü səsləndirə bilər.

visiontv.az