UNESCO "Mədəniyyət naminə sülh” layihəsi ilə bağlı müraciətimizə cavab verməyib - Anar Kərimov
23.06.2021

“Sülh və sülhə aparan yolun bizim üçün aydındır. Burada beynəlxalq əməkdaşlıq böyük önəm kəsb edir".

Visiontv.az-ın məlumata görə, bunu “Mədəniyyət naminə sülh” layihəsinin təqdimatında mədəniyyət naziri Anar Kərimov deyib.

“Biz çox sevinirik ki, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. “Mədəniyyət naminə sülh” layihəsi də buna hesablanıb. İnanırıq ki, xarici dövlətlər də buna maraq göstərəcək. Biz bu layihə ilə bağlı UNESCO-ya müraciət etmişik, ancaq çox təəssüf ki, hələ cavab almamışıq”, - deyə nazir vurğulayıb.