“Ümid edək ki, heç olmasa yaxın on ildə onlayn bank sisteminə keçə biləcəyik…” - Müsahibə
“Ümid edək ki, heç olmasa yaxın on ildə onlayn bank sisteminə keçə biləcəyik…” - Müsahibə
17.11.2022 MEDİA Tərəfindən

Bu ilin sonuna qədər inflyasiya ilə bağlı necə proqnoz vermək olar? İstiqrazlara nə üçün investisiya yatırılmalıdır? Onların hansı üstünlükləri nədir? Nə zaman ölkəmizdə tamamilə onlayn bank sisteminə keçmək mümkündür? Bunun ölkəmiz üçün avantajları nə ola bilər?

Bu mövzu ətrafında bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“İnfilyasiya hər bir halda iki rəqəmlidir.  Bunu Mərkəzi Bank da etiraf edib. Maraqlıdır ki, Mərkəzi Bank öz proqnozuna nail ola bilmir. Çünki infilyasiya ölkəmizdə sürətlə gedir.  Mərkəzi Bankın göstərgisi ilə əhalinin gördüyü arasında fərq var. Əhalinin hiss etdiyi infliyasiya təxminən 20 faizdən də çoxdur.

İstiqraz məsələsi isə belədir ki, istiqraz prinsipcə borcdur. Əslində istiqraz sahibinə vətəndaş borc vermiş olur. Buna görə də borc verən şəxs borclu şəxsin kim olduğunu bilməlidir. Burada etimad məsələsi vacibdir. Bir müddət əvvəl Dövlət Neft Şirkəti istiqrazlar yaratmışdı. Buna görə də bu dövlət şirkətinə vətəndaşlar tərəfindən etibar edilir.

Amma hər hansısa bir şirkət istiqraz yaradarsa burada etimad məsələsi ciddi şübhələr yarada bilir.Ölkəmizdə tamamən onlayn bank sisteminə keçmək yəqin ki, bu yaxın illərin söhbəti deyil. Çünki bizim ölkəmizdə bunun üçün münbit şərait yoxdur. Misal üçün ölkəmizdə normal internet xidməti çox zəifdir.

Bundan başqa banklarımızın bunun üçün gücü və lazımi kadrları yoxdur. Lakin onlayn bank sisteminin bir çox üstünlükləri var. Buraya müştəri məmnuniyyəti,daha çevik xidmət, vaxta qənaət və təhlükəsizlik məsələləri aiddir.

Burada bank təhlükəsizliyi çox vacibdir. Lakin bizim ölkəmizdə İTK təhlükəsizliyi tələblərə cavab vermir. Yəni ümid edək ki, heç olmasa yaxın on ildə onlayn bank sisteminə keçə biləcəyik.”

 Hazırladı : Bünyamin Bünyadzadə
 Visiontv.az