Ukraynaya yardımı ikiqat artırmaq vaxtıdır- Trass
29.06.2022

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynaya yardımı ikiqat artırmağa çağırıb. Onda Kiyev güclü mövqedən danışıqlar apara biləcək.

Bu barədə RBC-Ukrayna Britaniya diplomatik departamentinin rəhbərinə istinadən Tvitter hesabında məlumat yayıb.

Ukrayna liderinin NATO sammitindəki çıxışından sonra Trass yazıb: “İndi səyləri ikiqat artırmaq və Ukraynanın Rusiyanı məğlub etməsini təmin etmək vaxtıdır ki, prezident Zelenski (Ukrayna prezidenti Vladimir Zelenski – red.) güclü mövqedən danışıqlar apara bilsin”.

O, həmçinin əlavə edib ki, Qərb Ukraynanın azadlıq mübarizəsi ilə həmrəydir.

visiontv.az