"Ukraynanın hücumun dəf edilməsi zamanı 71 rusiyalı hərbçi həlak olub"
06.06.2023

Ukraynanın hücumunun dəf edilməsi zamanı 71 rusiyalı hərbçi həlak olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib

Onun sözlərinə görə, Ukraynanın hücumunun qarşısını alarkən 219 nəfər yaralanıb.

Rusiyanın müdafiə naziri bildirib ki, 15 tank və 9 piyada döyüş maşını vurulub.

Şoyqu həmçinin bildirib ki, bütün istiqamətlərdə 3 gün davam edən döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin itkiləri 3715 hərbçi, 52 tank, 207 zirehli texnika, 134 texnika, 5 təyyarə və 2 helikopter təşkil edib.