Ukraynada nəhayət ki, Kommunist Partiyası qadağan edildi
Ukraynada nəhayət ki, Kommunist Partiyası qadağan edildi
17.05.2022 MEDİA Tərəfindən

Ukraynada Kommunist Partiyası nəhayət ki, qadağan olundu. Bu barədə Telegram-da Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovgirya məlumat verib:

“Dekommunizasiya haqqında qanunun qəbulundan altı ildən çox vaxt keçdikdən sonra, nəhayət, Ukraynada Kommunist Partiyası qadağan edildi.

Sovgirya xatırladıb ki, kommunist rejimini pisləyən qanun hələ 2015-ci ildə Ali Rada tərəfindən qəbul edilib. Lakin Ukrayna Kommunist Partiyasının qadağan edilməsi məsələsi məhkəmə tərəfindən həll edilməli idi.

Kiyev Rayon İnzibati Məhkəməsi KPİ-nin fəaliyyətinə xitam verib, lakin bu qərardan apellyasiya şikayəti verilib və qanuni qüvvəyə minməyib: “Bütün bu müddət ərzində Ukrayna Kommunist Partiyası seçki prosesindən çıxarılsa da, mövcudluğunu davam etdirdi və hətta üzvlük haqqı da aldı.Bu yaxınlarda VI İnzibati Apellyasiya Məhkəməsi bu iş üzrə şikayətə baxılmasını başa çatdırdı və onu təmin etməkdən imtina etdi. Bunun nəticəsində məhkəmənin Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edən qərarı qüvvəyə minib”.

Aytən Əlizadə

visiontv.az