Ukraynada hərbi əməliyyatların bu günə olan faktiki xəritəsi
Ukraynada hərbi əməliyyatların bu günə olan faktiki xəritəsi
03.07.2022 MEDİA Tərəfindən

Ukraynada İyulun 3-ü bazar gününə olan hərbi əməliyyatların ən yeni xəritəsi ortaya çıxıb.

Bu barədə RBC-Ukrayna Liveuamap.com xidmətinə istinadən xəbər verir.

Xəritəyə əsasən, Rusiya Federasiyasından atılan mərmilər nəticəsində Zelenodolsk bölgəsinə ziyan dəyib.

Xarkovdakı Xolodnaya Qora da atəşə tutulub.

Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri Donetsk vilayətinin Konstantinovka səmasında hava obyektini vurub.

Rusiyanın genişmiqyaslı işğalı nəticəsində 800 minə yaxın ukraynalının evsiz qaldığı bildirilir.

visiontv.az