Ukrayna ərzaq ixracı üçün iki alternativ marşrut yaradıb - Kuleba
22.05.2022

Ukrayna beynəlxalq tərəfdaşları ilə birlikdə qida ixracı üçün iki alternativ quru marşrutu müəyyən edib.

Bu barədə xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

"Rusiya limanlarımızı bağlamaqla milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. Ukrayna tərəfdaşları ilə birlikdə ərzaq ixracatını çatdırmaq, Afrika və digər regionları aclıqdan xilas etmək üçün iki alternativ quru marşrutu təşkil edib".

O vurğulayıb ki, Rusiya ərzaq ixracını təmin etmək üçün blokadaya son qoymalıdır.

visiontv.az