Tviter maliyyə xərclərinə görə ofis sahəsini azaldacaq
28.07.2022

Tviter şirkəti pula qənaət etmək və daha çox məsafədən işə keçmək üçün ofis sahəsini azaldacaq.

Tviter San Fransisko, Nyu York və Sidneydəki ofislərini bağlayır və ya ixtisar edir, lakin iş yerlərini ixtisar etməyi planlaşdırmır.

Qeyd olunur ki, şirkət, həmçinin icarə müddəti bitdikdən sonra daha bir neçə ofisini, o cümlədən Cənubi Koreya, Yeni Zelandiya, Yaponiya, İspaniya, Almaniya və Hollandiyadakı ofislərini də bağlamaq imkanını nəzərdən keçirir.

Agentliyin məlumatına görə, 2021-ci ilin sonunda şirkətin 7500-dən çox işçisi var idi. Elan edilmiş dəyişikliklər sosial şəbəkənin xərclərin azaldılması yolundakı növbəti addımı olacaq.

Visiontv.az