Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artıb
05.05.2021

2021-ci ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 70 şirkət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 31 şirkət çoxdur. Bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

 

Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 13,031 milyon türk lirəsi olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 5,132 milyon türk lirəsi təşkil edib.

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (62) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 11,856 milyon türk lirəsi təşkil edib.

Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 5 sənaye, 3 tikinti, 2 maliyyə, 23 topdan və pərakəndə ticarət, 4 daşınmaz əmlak satışı, 6 turizm, 9 nəqliyyat-logistika şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınmışdı.

Trend