Türkiyə Milli Müdafiə naziri TSK komandanlığını qəbul edib
Türkiyə Milli Müdafiə naziri TSK komandanlığını qəbul edib
07.06.2023 MEDİA Tərəfindən

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər yeni vəzifəsi səbəbiylə təbrik ziyarətinə gələn Türkiyə Silahlı Qüvvələri (TSK) komandanlığını qəbul edib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Milli Müdafiə nazirliyindən verilən açıqlamaya görə; Nazir Gülər Baş Qərargah rəisinin müavini və Quru Qoşunları komandanı general Musa Avsever, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan və Baş Qərargah rəisinin ikinci müavini general Səlcuq Bayraktaroğlunu qəbul edib.  

İlahə Əliyeva