Türkiyə ilə Liviya arasında Anlaşma Memorandumu imzalanıb
Türkiyə ilə Liviya arasında Anlaşma Memorandumu imzalanıb
04.10.2022 MEDİA Tərəfindən

Türkiyə Prezidentin Kommunikasiya direktoru Fahrettin Altun və Liviyanın rabitə və siyasi məsələlər üzrə dövlət naziri Valid Əmmar Məhəmməd Əl-Lafi iki ölkə arasında media və kommunikasiya sahəsində əməkdaşlığı gücləndirəcək anlaşma memorandumu imzalayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, Liviyaya rəsmi səfər çərçivəsində Türkiyə ilə Liviya arasında “Media və Kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. 

Prezidentin kommunikasiya direktoru Fahrettin Altun və Liviyanın rabitə və siyasi məsələlər üzrə dövlət naziri Valid Ammar Muhammad Al-Lafi tərəfindən imzalanan anlaşma memorandumu ilə iki ölkə arasında media və kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi hədəflənir.

İlahə Əliyeva