Türkiyə hərbi bazasının ölkəmizdə olması labüddür
Türkiyə hərbi bazasının ölkəmizdə olması labüddür
01.10.2022 MEDİA Tərəfindən

Rusiyanın Ukraynanın Donbas, Zaparojye və Xersonda qondarma referendum keçirməklə, bu regionları Rusiyaya birləşdirməsi beynəlxalq hüquqa meydan oxumaqdır.

Ukrayna hücumu dayandırsa, bu Ukraynanın bir dövlət kimi fiaskosuna və Rusiyanın Qərb qarşında mövqelərini möhkəmləndirəcək. Bu anneksiya daxildə V. Putinin reytinqi yüksəldə bilər. Ona görə də ABŞ başda olmaqla, kollektiv Qərb Ukraynaya hərbi dəstəyi artıracaq. Kiyev hücumları intensivləşdirilməsi gözlənilir.

Artıq Rusiyaya qonşu ölkələr bundan nümunə götürüb öz təhlükəsizliyini təmin etməlidir. Xüsusilə Azərbaycan Türkiyə ilə hərbi inteqrasiyanı inkişaf etdirilməli və ölkəmizdə hərbi bazasını yaratmalıdır. V. Putinin Ukraynanın ərazilərini işğal edərək, öz ərazisinə birləşdirməsi strateji olaraq Rusiyanı zəiflədəcək.

siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az