“Tullantı yığımı işi ölkənin inkişafının göstəricisidir”
16.11.2025

İranın Düzgün Əməllərə Çağırış və Pis İşlərdən Çəkindirmə Qərargahının katibi Məhəmmədhüseyn Taheri Akərdi, son açıqlamasında zibil yığılması ilə bağlı gülünc fikir səsləndirib.

“Bəziləri deyir ki, siz bu zibil yığan insanları görməmisiniz? Dünya standartlarına görə, tullantıların yığılması bir ölkənin tərəqqisinin əlamətidir”, - deyə, o, iddia edib.

Yoxsul ölkələrdə zibil yığılmadığını və bu işin yalnız zəngin ölkələrin xarakterik xüsusiyyəti olduğunu dilə gətirən hökumət mollası deyib: "Kasıb bir ölkənin zibilliyi yoxdur ki, kimsə gedib toplasın. Unutmayın ki, zibil - zəngin ölkə üçündür".

O, bununla bağlı, daha “maraqlı təklif” də irəli sürüb: “Gedib zibil yığanlara deyin ki, sizə ayda 30 milyon tümən (500 $) verəcəyik, görün qəbul edəcəklər? Bunu yoxlayın”.

visiontv.az