“Trabzonspor” klubunun prezidenti istefa verib
“Trabzonspor” klubunun prezidenti istefa verib
03.03.2023 MEDİA Tərəfindən

“Trabzonspor” klubunun prezidenti Əhməd Ağaoğlu tutduğu vəzifədən istefa verib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bordo-mavi klubun internet saytında verdiyi açıqlamada Ağaoğlu, idarə heyətinin fikir ayrılıqları səbəbiylə dünən növbədənkənar ümumi yığıncaq keçirməyə qərar verdiyini ifadə edərək, “Bu qərarın klubumuza və cəmiyyətimizə xeyirli olmasını arzu edirəm. Bu gündən etibarən Trabzonspor Klublar Birliyinin sədrliyindən və bağlı şirkətlərimizdəki vəzifələrimdən istefa verdim” deyə bildirib. 

Ağaoğlu vəzifəsi zamanı ona dəstək olanlara təşəkkür edib. 

Trabzonspor Kulübü Resmi Web Sitesi

İlahə Əliyeva