Toyvo Klaar Laçın yolunun Rusiya hərbçilərinin kontrolunda olmasını istəyir: Görəsən bu cənab özü avamdır, yoxsa bizi sadəlövh yerinə qoyur
Toyvo Klaar Laçın yolunun Rusiya hərbçilərinin kontrolunda olmasını istəyir: Görəsən bu cənab özü avamdır, yoxsa bizi sadəlövh yerinə qoyur
09.03.2023 Sahib Alıyev Tərəfindən

Avropa Birliyini bizim regionda təmsil edən Toyvo Klaar Laçın yolunun məhz Qarabağdakı Rusiya hərbçilərinin kontrolunda olmasını istəyir. Onun deməyinə görə, hərbi kontingentinin blokpostlarında yeni avadanlıqlar yerləşdirməklə Laçın yoluyla qanunsuz yüklərin daşınmasının qarşısını almaq olarmış.

Görəsən bu cənab özü avamdır, yoxsa bizi sadəlövh yerinə qoyur.

Azərbaycanın Müdafiə Nazirliyiyinin son açıqlaması göstərir ki, Rusiyanın hərbi kontingenti həmən qanunsuz yüklərin daşınmasına birbaşa yardım edir, ay Klarr. Qanunsuz yüklərin daşınmasının qarşısının alınmasının bir yolu var, o da budur ki, Ermənistanla şərti sərhəddə Laçın yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi olmalıdır və yüklər, eləcə də gəlib-gedənlər orada yoxlanılıb buraxılmalıdırlar.

Toyvo Klaar bizim regionda Avropa Birliyi və Moskvanın məqsədlərinin eyni olduğunu da deyir. Nədə eynidir, gərginliyin saxlanmasında?

Bir də maraqlıdır, "Bayraktar"ı Azərbaycanda iblis, Ukraynada mələk adlandıran qərbdəkilər 2022-ci ilin fevralında başlatdığı savaşdan sonra Rusiyanı görməyə gözləri olmadığı, o ölkəyə aid hər şeyi, hətta klassiklərinin əsərlərini belə boykot etdikləri halda Qarabağdakı hərbi kontingentinə nədən belə isti yanaşırlar? Anlamırlarmı ki, bu cür yaramaz mövqe sərgiləmələri Azərbaycanda narazılıq da yox, nifrət doğurur?

Millət vəkili Sahib Alıyev

visiontv.az