“Terrorçuların ekstradisiyası məsələsini konsensusdan sonra xatırladacağıq”
“Terrorçuların ekstradisiyası məsələsini konsensusdan sonra xatırladacağıq”
29.06.2022 MEDİA Tərəfindən

"Finlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ və 11 PKK-çının sənədləri gözləyir. Konsensusdan sonra onların ekstradisiyası məsələsini yenidən yazıb xatırladacağıq."

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Madriddə Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumla bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Türkiyənin NATO, Avropa Şurası və bir çox beynəlxalq təşkilatların üzvü olduğunu ifadə edən Bozdağ, “NATO-nun təhlükəsizliyinin təminatı üzv dövlətlərin təhlükəsizliyindən asılıdır.

Finlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ və 11 PKK-çının sənədləri gözləyir. Biz də konsensusdan sonra Ədliyyə Nazirliyi olaraq onların geri qaytarılması məsələsi ilə bağlı yenidən yazıb xatırladacağıq” deyə qeyd edib. 

İlahə Əliyeva