Təhsil Nazirliyindən “Son zəng” açıqlaması
04.05.2021

Təhsil Nazirliyi bu il XI siniflər üçün “Son zəng”in necə keçiriləcəyi məsələsinə münasibət bildirib.

Visiontv.az xəbər verir ki, Nazirlikdən bildirilib ki, bu məsələ ilə bağlı hələ ki, konkret bir qərar yoxdur: "Ölkədəki pandemiya şəraiti nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, ötən il pandemiya şəraiti ilə əlaqədar tədris ilinin sonunda virtual “Son zəng” keçirilmişdi.

APA