Tədqiqatçı Elvin Abbasovun "Perimbel" kitab layihəsi üçün yeni araşdırma təqdim edilib
Tədqiqatçı Elvin Abbasovun "Perimbel" kitab layihəsi üçün yeni araşdırma təqdim edilib
30.08.2020 Elvin ABBASOV Tərəfindən

Yardimli Tarix Muzeyinin direktoru Əli İsgəndərov Perimbel kəndi haqda kitab lahihəsi üzərində işləyən tədqiqatçı Elvin Abbasova kəndin tarixi ilə bağlı maraqlı araşıdırma yazı təqdim edib. Araşdırma 1930-cu illəri əhatə edir: " Biləsiniz ki, 1930-cu ildə ayrıca rayon kimi yaranan keçmiş adı Vərgədüz olan Yardımlıda qonşu İran dövləti ilə sərhəd komendaturası 1921-ci ildən 1938-ci ilə kimi Perimbel kənd ərazisində olan Sərhəd məntəqəsində qərar tutmuşdur. Bunun səbəbi Sivdaş mahal camaatının Şura hökumtinə qarşı o zaman daim dirəniş xarakterində olmasından, komendantın o zaman böyük səlahiyyətlərə sahib olub, hətta rayon rəhbərliyinin daxili işlərinə qarışıb müəyyən sərəncamları da ləvğ etmək səlahiyyətində omasından irəli gəlirb.

Sənəddə Komendant Yermolevin 2 may 1932-ci ildə Yardımlı RPK və RİK-nə 524 c/c saylı məktubunda qonşu Zuvand (indiki Lerik.) rayonundan gələn çarvadarların Vərgədüz rayonu əraziindən taxılı ucuz qiymətə alıb Lənkəran bazarında baha qiymətə satıb böyük qazanc etməyindən danışılır və bunun qarşısını almaq üçün tədbirlər görməyə göstəriş verir. Hətta sənəddə Avaraq, Daşkənd, Ostayır, Ovra, Vəlixanlı, Məceyir kəndlərindən olan kəndlilərin qonşu İrandan qeyri-leqal şəraitdə ucuz qiymətə aldığı taxılı çarvadarlara satdığı da xəbərdarlıq edilmişdir".

Visiontv.az