Təbrizli siyasi məhbusun harada saxlanıldığı gizlədilir
11.12.2024

İctimai fəal və siyasi məhbus Yaşar Təbrizinin həbs edilməsinin üstündən 20 gün keçməsinə baxmayaraq, onun harada saxlanıldığı barədə məlumat verilmir.

Bu barədə təbrizli fəalın vəkili Əli Şərifi Ərdəkani məluamt yayıb.

"Bu müddət ərzində onun barəsində məlumat verilməməsi, ailə üzvləri ilə telefon əlaqəsi saxlamaması məhbusun talei və sağlamlığı barədə nigərançılıqları artırıb",- vəkil bildirib.

Ərdəkani deyib ki, Cinayət-Prosessual Məcəllənin 50-ci maddəsinə əsasən, məhbusların ailələri ilə əlaqə saxlamaq hüququ olsa da, bu icra edilmir.

Qeyd edək ki,  14 sentyabr 2023-cü ildə təhlükəsizlik məmurlarının həbs etdiyi təbrizli fəal "hökumətə qarşı təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs cəzasına məhkum edilib və 25 aprel 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi, bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb.

visiontv.az