Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində atəş açan 12 PKK/YPG terrorçusunun zərərsizləşdirilib. APA bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, terrorçularla mübarizəmiz effektiv və qətiyyətlə davam edir:
“Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində təcavüz atəşi açan 12 PKK/YPG terrorçusu Türk Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib".