Son üç gündə 4 min iranlı Suriyadan geri qayıdıb
10.12.2024

Bəşər Əsəd hökumətinin süqutundan sonra son üç gündə 4 min İran vətəndaşı Suriyadan ölkəsinə qayıdıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə hökumətin sözçüsü Fatimə Mohacerani bildirib.

"Bəşər Əsəd hökumətinin süqutundan sonra son üç gündə “Mahan” şirkətinin 10 reysi ilə 4 min İran vətəndaşı ölkəsinə qayıdıb", - sözçü qeyd edib.