Son dörd gündə Rusiya Federasiyası Ukrayna ərazisinə 131 raket atıb
Son dörd gündə Rusiya Federasiyası Ukrayna ərazisinə 131 raket atıb
28.06.2022 MEDİA Tərəfindən

Zalujnı son 4 gündə Ukraynaya atılan raketlərin sayını açıqladı

Bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli və Britaniya Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakin ilə telefon danışığı zamanı açıqladığı statistikaya istinadən məlumat verib.

Belə ki, 4 gün əvvəl müxtəlif baza platformalarından 53, 3 gün əvvəl 26, 2 gün əvvəl 40-a yaxın, son sutka ərzində 12 qanadlı raket atılıb: “Təəssüf ki, Kremençukdakı ticarət mərkəzinə hədəflənmiş raket hücumu nəticəsində dinc sakinlər həlak olub və yaralanıb.

Həmçinin Zalujnı Milli və Radakinlə söhbətində əlavə edib ki, aktiv döyüş əməliyyatları zonası Xarkov vilayətinin şimalında başlayır və Dnepr çayının sol sahilində Vasilyevka kəndi yaxınlığında bitir: "Ən şiddətli döyüşlər Luqansk və Xarkov vilayətlərinin şimalında gedir", - o qeyd edib.

Onun sözlərinə görə, təkcə ötən 24 saat ərzində düşmən 45 min sursatdan istifadə etməklə bu əraziyə 270 artilleriya reyd keçirib, 2 raket və 32 hava zərbəsi endirib.

"Vəziyyət çox mürəkkəbdir, lakin idarə olunandır", - Zaluzny yekunlaşdırıb.

Aytən Əlizdadə

visiontv.az