"Son ana qədər qardaş Türkiyənin yanında olacağıq"
06.02.2023

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik şəxsi heyəti Adana şəhərinə çatıb.

Visiontv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov deyib. O bildirib ki, Adanaya çatan FHN-in çevik xilasetmə qüvvələrindən ibarət heyət zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşür: "Fəsadların aradan qaldırılmasında Azərbaycan xilasediciləri qardaş Türkiyənin son ana qədər yanında olacaq və sona qədər fəaliyyət göstərəcəyik".

APA