Şərə xidmət edən toksik ölkələr bir-birinin ardınca sürətlə nüfuz itirir
14.12.2024

Şərə xidmət edən toksik ölkələr bir-birinin ardınca sürətlə nüfuz itirir, keçmiş müstəmləkələrindən və ya plasdarm kimi, forpost kimi istifadə etdikləri ölkələrdən geri çəkilməli olurlar.

İran və Rusiyanın Suriyadan qovulmasından sonra, deyəsən, indi də növbə Fransaya çatıb.

Belə ki, keçən il Burkina-Faso və Niger kimi müstəmləkələrindən rüsvayçı şəkildə çıxarılan Fransa hal-hazırda isə daha bir Afrika ölkəsindən geri çəkilmək məcburiyyətində qalıb.

Söhbət neft, boksit, uran, qızıl, qalay, tantal, mis və.s təbii sərvətlərlə zəngin olan, lakin Fransa kimi mənfur sömürgəçi ölkələrin ucbatından yoxsulluq içində çabalayan Çad Respublikasından gedir.

16 milyon əhalisi olan və ərazicə dünyanın ən böyük ölkələrindən biri sayılan Çadın rəhbərliyinin Fransa ilə müdafiə sahəsində əməkdaşlığın dayandırılmasını bəyan etməsindən sonra rəsmi Paris fransız ordusunun Çaddan geri çəkiləcəyini açıqlamaq məcburiyyətində qalıb.

Çaddakı hərbi mövcudluğunu itirmək şübhəsiz ki, Fransa üçün ağır zərbədir. Afrikalıların bəxti onda gətirib ki, son illərdə Fransaya Emmanuel Makron kimi sarsağın biri rəhbərlik edir. Yüz illər boyu fransızlar tərəfindən talanan Afrika ölkələri indi məhz Makronun sayəsində Fransanın əlindən bir-bir çıxır.

Yeri gəlmişkən, "müqəddəs yer boş qalmaz" deyiblər. Fransanın tərk etməli olduğu "qara qitə" ölkələri indi Rusiya və Çinlə əməkdaşlığa üstünlük verməyə başlayırlar.

Bu arada bir çox afrikalılar isə sosial şəbəkə hesablarında məhz bu karikaturanı paylaşaraq, fransızlara "Afrikadan çıxın!" ("Get out of Africa!" deyirlər.

Bax belə. Fransız "xoruz"unun Afrika savannalarında müftə "dən" yemək dövrü də beləcə başa çatır.

P.S.

21-ci əsrdə müstəmləkəçi ölkə imicindən əl çəkə bilməmək Fransa üçün də, fransızlar üçün də həqiqətən də böyük rüsvayçılıqdır. "Sivil ölkə" imici hara, neomüstəmləkəçilik hara?..

Bəybala Mirzəyev

visiontv.az