Şəmkirdə ağır qəza - Yaralananlar var
11.09.2021

Şəmkirdə mikroavtobusun aşması nəticəsində xəsarət alanların sayı artıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1993-cü il təvəllüdlü Allahverdiyev Xaləddin Ələddin oğlu, 1979-cu il təvəllüdlü Məmmədova Zinurə İbrahim qızı, 2010-cu il təvəllüdlü Məmmədli Rəcəb Güloğlan oğlu, 1977-ci il təvəllüdlü Məmmədov Güloğlan Səhliyalı oğlu, 1972-ci il təvəllüdlü Allahverdiyev Zümürd Əlisultan oğlu, 2004-cü il təvəllüdlü Məmmədli Röyal Güloğlan oğludur.

Sürücü bildirib ki, hadisəyə səbəb Gədəbəydən Bakıya hərəkət edən mikroavtobusun şininin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.