Sabahın hava PROQNOZU
01.04.2023

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Visiontv.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 2-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.