Ruslar üçün erməni xəyalları-Bəybala Mirzəyev
Ruslar üçün erməni xəyalları-Bəybala Mirzəyev
09.04.2021 Bəybala Mirzəyev Tərəfindən

Bu ermənilər 44 günlük müharibə vaxtı da eynən belə düşünürdülər. Onlara elə gəlirdi ki, Ermənistan ordusu cəmi bir neçə günə Azərbaycan Ordusunu darmadağın edəcək.

İndi də onlara elə gəlir ki, Rusiya çox qısa müddətdə Ukrayna Ordusunu darmadağın edəcək, Kiyevi götürəcək və heç bir partizan hərəkatı flan da baş verməyəcək. Və Donbasda yaşayan yarım milyon rus da guya Rusiyanı müdafiə edəcək...

Bu cür xam xəyalları erməni əsilli Rusiya rejissoru Karen Şaxnazarov "Rossiya 1" kanalında yayımlanan "Vladimir Solovyovla axşam" tok-şousunda səsləndirib.

Şaxnazarovun fikrincə, Qərbi həmişə ən çox narahat edən məsələ Rusiyanın Sovet İttifaqını hansısa formada yenidən dirçəltmək istəyidir. Və guya Ukraynanın Rusiya tərəfindən götürülməsi Sovet İttifaqını bərpa etməyə imkan verəcək.

P.S.

Şaxnazarov, Baqdasarov kimi avantürist ekspertlər bu cür təhrikçi açıqlamalarıyla əslində Rusiyanı dərin bir bataqlığa sürükləyirlər...

visiontv.az