“Rusiya – Ukrayna müharibəsinin yaratdığı reallıqlar: Rusiyanın Cənubi Qafqazdakı nüfuzu risk altına düşməkdədir…”
“Rusiya – Ukrayna müharibəsinin yaratdığı reallıqlar: Rusiyanın Cənubi Qafqazdakı nüfuzu risk altına düşməkdədir…”
07.06.2023 MEDİA Tərəfindən

Rusiya-Ukrayna müharibəsində hansı tərəfin qalib olacağından asılı olmayaraq nəticə bizim region üçün necə olacaq?

Sözügedən mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri, siyasi şərhçi İlyas Hüseynovun Visiontv.az saytına şərhini sizə təqdim edirik:

“Rusiya – Ukrayna müharibəsində gedən proseslər, nüvə təhdidləri su anbarlarının partladılması,kəşfiyyat əməliyyatları və müxəlif proseslər müharibəyə yeni bir istiqamət və yön verməkdədir. Belə görünür ki, Rusiya – Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək.  Çünki, tərəflərin sülhə və diplomatik yaxınlaşmaya hər hansısa bir istəkləri də yoxdur.

Zaman – zaman Türkiyə və Çinin vasitəsi və moderatoru qismində tərəfləri bir – birinə yaxınlaşdırma səylərini müşahidə edirik. Bəzən də bunu Fransa etməyə çalışsa da nəticə isə yoxdur. Nəticə olmadığı halda da döyüş əməliyyatları fonunda bütün məsələlər həll olunmalıdır. Müharibənin Rusiya ərazisinə keçməsi Ukraynanın hərbi əməliyyatlara başlamaqla bağlı hazırlıqları həm də tamamilə yeni bir gedişatdır. 

Müharibənin Cənubi Qafqaza bu və ya digər formada təsiri varmı? Bu suala cavab olaraq deyə bilərəm ki,var. Ərzaq qiymətlərinin qalxmasını, tədarük zəncirinin qırılmasını və müharibənin qlobal iqtisadiyyata təsirini qəbul etməliyik.

Siyasi və geosiyasi nöqteyi – nəzərdən də Rusiyanın Cənubi Qafqazdakı nüfuzu risk altına düşməkdədir. Həmçinin də bu müharibə Rusiyanın maraqlarına mütləq təsir edəcəkdir. Cənubi Qafqazı vahid geosiyasi məkan kimi qəbul ediriksə, görürük ki, Gürcüstanla Rusiya arasında hava nəqliyyatının bərpasına dair razılıq əldə olunub.  Bu Gürcüstanda narahatlıqlara səbəb olsa da müharibənin gətirdiyi bir reallıqdır. 

Ermənistan – Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində Rusiya ilə yanaşı Qərb və ABŞ da aktivlik göstərir.  Siyasi gündəliyə baxanda görürük ki, qarşıdakı hər iki görüş Qərb müstəvisində keçiriləcəkdir. İyunun 12 – də XİN rəhbərləri ABŞ -da,  iyulun 21 – də isə Brüsseldə isə Şarl Mişel, Paşinyan və İlham Əliyevin görüşləri olacaq. 

Rusiya və Ukrayna müharibəsinin nəticəsi, hansı tərəfin qalib olmasından asılı olmayaraq geosiyasi gedişata mütləq ki, təsir göstərəcəkdir.”

Bünyamin Bünyadzadə
Visiontv.az