Rusiya Türkiyənin Azərbaycandakı komandanlığına general Bəxtiyar Ersayın rəhbərlik ediyindən xəbərdardır
Rusiya Türkiyənin Azərbaycandakı komandanlığına general Bəxtiyar Ersayın rəhbərlik ediyindən xəbərdardır
10.09.2021 Sahib Alıyev Tərəfindən

Bir dövlət, ən çox da otutşmuş və ənənəsi olan dövlət o zaman açıq oyuna başlayır ki, artıq öz istədiyini gizli və dolayı yollarla yeridə bilmir. Buna potensialı çatmır. Bir çox ekspertlər general Mixail Kosobokovun Rusiyanın Qarabağda sülhməramlı adı altında yerləşdirdiyi hərbi kontingentinə komandan təyin edilməsini və eyni gündə polkovnik Dmitri Ovçarovun isə Ermənistandakı 102-ci hərbi bazaya rəhbərliyə göndərilməsini Moskvanın burada artıq açıq oyuna başlamsı kimi qiymətləndirirlər.

Bu zaman nəyə əsalanırlar?  İlk növbədə ona əsaslanırlar ki, general Kosobokov özünün seperatçı ünsürlərə sevgisi və onlarla sıx  işbirliyində olmasıyla tanınır. O, təkcə Rusiyanın Abxaziyadakı bazasanın komandiri olmayıb.  Eyni zamanda hələ polkovnik rütbəsindəykən adı Donbasdakı seperatçılarla sıx əlaqədə hallandırılıb və Ukraynada hərbi cinayətkar sayılır.

Kosobokov kimi desantçılar  məktəbinin yetirməsi olan Dmitiri Ovçarov isə 2008-ci ildə Gürcüstanla savaşda fərqlənənlərdən biridir. Ounu adı Qafqazda  bir sıra “özəl” əməliyyatlarda hallandırılır və zamanında kazakların cəlb olunduğu polka rəhbərlik edib. Kazakların missiyalarının nədən ibarət olduğu isə heç kəsə sirr deyil, yəqin.

Açığı mən Rusiyanın bu iki hərbçisinin bizim regiona gəlməsiylə burada nələrinsə əhəmiyyətli dərəcədə dəyişəcəyini düşünmürəm. General Kosobokovu 2017-ci ildə  Krımda keçirilən hərbi parada rəhbərlik etməyə göndərənlər yəqin “Krım platfomrası”nın varlığından və Azərbaycanın o platformaya yanaşmada ölçülü-biçili davranışlarından xəbərdardılar. Ondan da xəbərdardılar ki, Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığı yaradılıb və böyük döyüş təcrübəsi olan dörd generalın yer aldığı  komandanlığa seperatçı-terrorçu ünsürlərə qan uddurmasıyla tanınan  general Bəxtiyar Ersay rəhbərlik edir. Xoş gəldiniz paşalar, vətəniniz Azərbaycana!

P.S. Şəkildəki Bəxtiyar Ersay paşadır.

Millət vəkili Sahib Alıyev

Visiontv.az