Rusiya Federasiyası Belarus Respublikası ilə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Sərəncama əsasən, Putin Rusiya Xarici İşlər Nazirliyinin təklifini qəbul etməyi və Belarusla İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı tapşırıb.