Rusiya Belarusda taktiki nüvə silahları yerləşdirəcək
26.03.2023

Hal-hazırda bu xəbərə böyük maraq göstərilir, nahaq. Niyə nahaq?

Rusiya nüvə ölkəsidir və nüvə silahların hansı ölkədə yerləşdirilməsinin o qədər də böyük önəmi yoxdur. Əsas məsələ-Rusiyanın bu silahdan istifadə edib, etməməsidir. Söhbət nüvə təhididlərindən yox, gerçək istifadəsindən gedir. Rusiya nüvə silahına əl atacaqmı? Təbii ki, yox. Ona görə ki, Qərbdən gələn cavabın nədən ibarət olacağını bilir.

Nüvə silahının istifadəsinə cavab tək Qərb tərəfindən verilməyəcək, ona görə ki, hücum məqsədilə nüvədən istifadə qlobal strateji təhlükəsizlik doktrinasına görə birmənalı qadağan olunur. 
Yəni Putinin bugünkü bəyanatı psixoloji təsir məqsədilə verilib. Ciddi təhdid və hansısa güc balansının dəyişdirilməsindən söhbət gedə bilməz.

Kamran Cəfərov

Visiontv.az