Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxdı
17.05.2022

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxır, lakin bu, onun regionda mövcudluğuna təsir etməyəcək.

“Rusiya Federasiyasının Xarici işlər naziri Lavrov Baltik Dənizi Dövlətləri Şurasına üzv ölkələrin nazirlərinə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, eləcə də təşkilatın Stokholmdakı katibinə bu barədə bildiriş göndərib. Eyni zamanda, Rusiya Federal Məclisi Baltik dənizi Parlament Konfransından çıxmaq barədə qərar qəbul edib”.
Rusiya XİN qeyd edib ki, Baltik Dənizi Dövlətləri Şurasında üzvlüyün dayandırılması Rusiyanın regionda mövcudluğuna təsir etməyəcək. "Ölkəmizi Baltikyanı bölgədən sıxışdırıb çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur. Biz məsuliyyətli tərəfdaşlarla işi davam etdirəcəyik. Baltikyanı regionun inkişafınıa aid tədbirlər keçirəcəyik və soydaşlarımızın maraqlarını qoruyacağıq". sənəd deyir.
“Qərb ölkələri, Baltik Dənizi Dövlətləri Şurasın monopoliyaya alıblar və Rusiyanın maraqlarına zərər vurmaq üçün planları hazırlayırlar”, - XİN əlavə edib.

Aytən Əlizadə

visiontv.az