Robert Koçaryanın son açıqlaması ermənilərin onu dəstəklənməsinin üstündən xətt çəkdi
Robert Koçaryanın son açıqlaması ermənilərin onu dəstəklənməsinin üstündən xətt çəkdi
05.03.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanın eks-prezidenti Robert Koçaryanın Rusiya mətbuatına müsahibəsində Qarabağala bağlı revanşist açıqlması, müharibəyə regional şərtlərin əleverişli vəziyyətində başlayacaqlarını qeyd etməsi, ilk növbədə bu açıqlaması ilə ermənilərin onu dəstəklənməsinin üstündən xətt çəkdi. Məhz bu revanşist açıqlamasının nəticəsində müharibədə məğlub olmuş N. Paşinyanı devirə bilmir və ermənilərin dəstəyini ala bilmir.

Ermənistanın Baş naziri N. Paşinyan sülh və sabitlikdən, kommunikasiyaların açılmasından xalqa danışır, amma R. Koçaryan-S. Sarksiyan isə, müharibədən. Təbii ki, Ermənistan vətəndaşları Nikol Paşinyanı dəstəkləyəcək və R. Koçaryan-S. Sarkisyan tandemi qüruba göndərəcək.

Robert Koçaryanı belə bir müsahibə verməsi bir neçə amildən irəli gəlir. Birinci, Rusiyanın dəstəyini almasından irəli gəlir. İkinci, birabaşa Moskvanın siyasətini irəli sürür. Üçüncü, onun belə bir açıqlama verməsi, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Kremlin separatçıları müdafiə etməsindən irəli gəlir.

R. Koçaryanın bu açılqması, Kremlin siyasətinin Cənubi Qafqazda həyata keçirəcəyi siyasətin tərkib hissəsidir.

R. Koçaryanın bundan sonra, Ermənistanda hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ümumiyyətlə bundan sonra, regional şərtlər Azərbaycanın leyhinə dəyişəcək. Azərbaycan Türkiyə-Pakistanla ortaq hərbi ittifaq qurur. Bu hərbi İttifaq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin bir neçə ildən sonra çıxarılmasına gətirib çıxara bilər. Həmçinin Qarabağda kiçik bir ərazidə Rusiyanın hazırkı hərəkətlərini nizama salacaq.

Qeyd edim ki, dünyada yeni siyasi nizam yaranır. R. Koçaryanın regional şərtlərin dəyişməsini vurğulaması mümkündür. Amma, hərmin regional şərtlərin dəyişməsi, Ermənistanın Türkiyənin tərkibinə könüllü daxil olması ilə nəticələnə bilər. `

Məhəmmdə Əsədullazadə

MCP sədrinin muavini, politoloq