Qolodomor qurbanları: Əhalinin mütəşəkkil kütləvi qırğını
Qolodomor qurbanları: Əhalinin mütəşəkkil kütləvi qırğını
29.11.2022 MEDİA Tərəfindən

1932-1933-cü illərin Qolodomor qurbanlarının anım günüdür. Qolodomor (Süni aclıq) SSRİ-nin bəzi bölgələrində əmri Stalin tərəfindən verilmiş əhalinin mütəşəkkil kütləvi qırğınıdır.

Qolodomordan sonra əhalinin sayı belə azaldı:

Ukraynada - 20,5%;

Şimali Qafqazda - 20,4%;

Volqa bölgəsində - 23%,

Qazaxıstanda - 30,9%.

Qolodomor qurbanlarının sayının 9,4 milyon olduğu təxmin edilir. Ukraynada 4 milyon, Rusiyada 2,5 milyon, Qazaxıstanda 1,5 milyon, Belarusda isə 1,5 milyon qırılıb.

Sovet İttifaqı Qolodomorla aşağıdakı vəzifələri həll etdi:

kiçik sahibkarları məhv etdi;

kənd təsərrüfatının zorla kollektivləşdirilməsini həyata keçirdi;

ölkənin sürətli sənayeləşməsi üçün kəndliləri kənddən sıxışdıaraq fəhlə ordusu yaratdı.

Dünyanın heç bir yerində, heç vaxt insanlar bu şəkildə qətlə yetirmədilər.

Soyqırımın təşkilatçılarından heç biri mühakimə olunmadı, cəzalandırılmadı.

Foto: Qolodomorun təşkilatçıları: Lazar Kaganoviç, İosif Stalin, Pavel Postışev. Şəkil 1934-cü ilin yanvarında - milyonlarla insanın qətlə yetirilməsindən dərhal sonra çəkilib.

visiontv.az