Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib
06.10.2025

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib