Qeyri-fars adlara qarşı qadağalar artır
18.07.2024

Adlar bazası İran və İslam adları ilə zənginləşdirilməlidir və interaktiv sistem valideynlərə İran və islam adlarını seçməkdə yardım etməlidir.

Bunu İran Qeydiyyat İdarəsinin rəhbəri Haşım Kargər deyib.

O, İran milli kimliyinin qorunub inkişaf etdirilməsi üçün əlaqədar qurum və şəxslərə kimlik sahəsində məlumat bazasını İran və islam mədəniyyətinə aid olan adlarla zənginləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, İranda fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir.

Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.

İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

visiontv.az