"Qazançı" kilsəsinin təmiri məsələnin yalnız bir tərfidir - deputat Hikmət Babaoğlu
"Qazançı" kilsəsinin təmiri məsələnin yalnız bir tərfidir - deputat Hikmət Babaoğlu
06.05.2021 Hikmət Babaoğlu Tərəfindən

Azərbaycanda vətədaşların dini etiqad azadlığı onlara tanınan konstitusiyon hüquqdur. Bu gün dini mənsubiyyətindən asılı olamayraq bütün vətəndaşlarımız öz dini ritual və məraimlərini azad şəkildə yerinə yetirə bilirlər.

Biz Azərbaycanın multikultiral ölkə olduğunu deyərkən bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcud olamsını və onların birgəyaşayış qaydası yaxud həyat tərzi olduğunu ifadə etmiş oluruq. Ona görə də "Qazançı" kilsəsinin təmir olunması və ibadətə hazır vəziyyətə gəltirilmsi ölkəmizin dini və irqi fərq qoymadan bütün vətəndaşlara bərabər yanaşmasının göstəricidir. Bu məsələnin yalnız bir tərfidir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda mövcud olan xristiyan dini abidələrin mütləq əksəriyyəti başqa bir xalqa deyil elə bizim xristiyan əcdadlarımız məxsusdur. Axı biz 4-7-ci əsrlərdə xristian dinini hətta dövlət səviyyəsində qəbul etmiş xalqıq. Bu bizim qüsurumuz deyil tam əksinə dinə mütərəqqi yanaşmamızıdr. 4-cü əsrdə İslam din kimi mövcud deyildi. Ona görə də biz dini-ideologiya kimi xristiyanlığı mənimsədik.

650-ci ildən sonra isə İslam dinini qəbul etdik. Hazırda adlndan da göründüyü kimi "Qazançı" kilisəsi xristiyan türklərin yəni xristiyan əcdadlarımızın bizə qalan mirasıdır. Sonralar haylar Azərbaycan köçürülərkən bizim xristiyan abidələrimizə sahib çıxmaqla dini tariximizi də saxtalaşdırdılar. Ona görə əslində biz həm dini tolerantlıq nümunəsi kimi həmin abidələrə öz münasibətimizi onları bərpa etməklə göstərir həm də xristiyan mədəniyyətinə ehtiram etdiyimizin nümunəsini ortaya qoyuruq. Qoy  bu fərqli mədəniyyətləri xor görənlərə bu bir dərs olsun.

Visiontv.az