Qardaş ölkənin naziri hələ də Rusiyanın dürüstlüyünə inanır? - Bəybala Mirzəyev
Qardaş ölkənin naziri hələ də Rusiyanın dürüstlüyünə inanır? - Bəybala Mirzəyev
12.09.2021 Bəybala Mirzəyev Tərəfindən

“Rusiyadan müqavilələrə əməl etməsini gözləyirik” - Hulusi Akar

Bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Yaşar Güler və Quru Qoşunları Komandanı General Musa Avsever ilə birgə Hataya gedərək Suriya ilə sərhəd xəttindəki birlik komandirləri ilə görüş keçirən Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib ki, “Biz Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik”.

Ancaq Rusiya heç bir ölkə qarşısında götürdüyü öhdəliklərə axıra qədər sadiq qalmır. Heç bir müqavilənin Rusiya üçün 2 qəpiklik kağız qədər qiyməti yoxdur. Rusiya istənilən müqavilənin arxasından ustalıqla yayına bilir. 

Biz bunu öz təcrübəmizdən də bilirik. Zatən Rusiyanın öz öhdəliklərinə nə dərəcədə sadiq olması 10 noyabr razılaşmasının yerinə yetirilməmiş qalan bəndlərindən də görünür. 

Məsələn, Rusiya sülhməramlıları sözügedən 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən Ermənistan ordusunun 44 günlük müharibədən sonra Qarabağda qalmış hərbi birləşmələrini çoxdan ərazilərimizdən çıxarmalıydı. Lakin bunun əksinə olaraq Rusiya sülhməramlıları Ermənistandan yeni hərbi dəstələrin Laçın dəhlizi vasitəsilə Qarabağa keçməsinə şərait yaradırlar. 

Odur ki, qardaş Türkiyə də Rusiyadan dürüstlük-flan gözləməsin. Çünki sürüşkən Putin öz imzaladığı müqavilələrə istənilən an münasibətini dəyişə bilir.

Visiontv.az