Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaş son söz deyib
22.07.2021

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Visiontv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə E. Dubakovun son söz deyib.

E. Dubakov özünü təqsirli bilmədiyini və məhkəmənin ədalətinə inandığını deyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.